Linklər




 Dövlət rəmzlərimiz




 Əlaqə
Ünvan: Məhəmməd Hadi 41a
(Əhmədli m/s., “Almalı” s/m yanı)
Tel.: (012) 570 17 81
Email: info@balans.az
 Kurslar

Ofis proqramları

Bu paketə Windows, Word, Excel, Power point, Internet explorer proqramları daxildir. Peşəkar mütəxəssislərimiz tərəfindən proqramların 2003, 2007 və 2010 cu il versiyaları tədris olunur. İstədiyiniz paketi seçirsiniz və kurs sizi 3 ay müddətində həftədə 3 dəfə 1 saat ərzində məşğələlərə dəvət edir. Tələbənin vaxtı keçilən mövzunu yazmağa görə itməsin deyə tələbələr yalnız bizim kursda satışda olan və kursun müəllimləri tərəfindən hazırlanan vəsaitləri əldə edə bilərlər.
Dərs zamanı öyrənilən biliklər ayrıca olaraq praktiki dərslərdə tətbiq olunur. Bundan əlavə evdə kompüteri olmayan tələbələrə də əlavə olaraq pulsuz bir saat ərzində kompüterdə məşğul olmağa şərait yaradılır. 3 ay müddətində kurs bitəndən sonra tələbə imtahan verir. İmtahanı uğurla vermiş tələbələr sertifikatla təltif olunurlar.

Dizayn proqramları

Balans kurslarında dizayn proqramları olaraq Photoshop, Corel Draw, Autocad, Archicad, 3D Max proqramları öyrədilir. Dizayn proqramları peşəkar mütəxəssislər – dizaynerlər tərəfindən tədris olunur. Tədris zamanı tələbələr müəllimlərimiz tərəfindən hazırlanmış dərs vəsaitlərini əldə edə bilərlər.Bu dərsliklər yalnız Balans Tədris Mərkəzində hazırlanır. Kursu müvəffəqiyyətlə bitirmiş tələbələr sertifikatla təltif olunurlar.
Dizayner – müəllimlərimizin əl işləri ilə göstərilən bölməyə daxil olub tanış ola bilərsiniz.

Xarici dillər

Balans təhsil mərkəzində İngilis, rus, fransız, alman, çin, yapon dilləri tədris olunur. Müəllimlərimiz Xarici dillər Universitetini bitirmiş, çoxillik iş təcrübəsinə malikdirlər. Dili yaxşı mənimsəmək üçün tələbələrə dərs ayrıca linqafon kabinetində keçirilir. Bundan əlavə tələbə hər səviyyəyə uyğun hekayə kitabları və disklərlə təmin olunur.Hər həftə bazar günü İngilis dili üzrə xarici vətəndaşın rəhbərliyi altında danışıq klubu (conversation club) fəaliyyət göstərir. Kursun tələbələri üçün giriş pulsuzdur. Əlavə olaraq qatılmaq istəyənlər 5 man ödəməklə conversation clubda iştirak edə bilərlər. Kursu müvəffəqiyyətlə bitirmiş tələbələr sertifikatla təltif olunurlar.

Mühasibat kursları – Milli mühasibat uçotu

Mühasibat kurları 30 illik baş mühasib iş təcrübəsinə malik mütəxəssisin rəhbərliyi altında keçirilir. Kursun müddəti 3 aydır.
Birinci ay nəzəriyyə, ikinci ay praktika, 3 – cü ay isə 1C proqramı tədris olunur. Tələbələr tədrisin 2 – ci ayı ərzində müxtəlif firmaların sənədləri əsasında praktika keçirlər. Bunun sayəsində yeni işə başlarkən artıq onların praktika müddətinə ehtiyacları qalmır.